Skip to content

Kafirin Pəncərəsi

Ali Khayyam
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

Məni yarım buraxıb Başqasını tamamlamağa gedirdi,o Qoxusu bulaşmış yorğanlarda boğulurdum Boğurdu məni,o Atarkən addımlarını evimdən bayıra, Bilmirdim əlindəkiləri Ey bulud gözlüm, başımın dumanı boğur qaytar yuxularımı Vermədən aldığın bir - iki xoşbəxtlik qırıntısıydı mənimki Sən boyalı dırnaqlarınla çaxır dadardın Mən səndən sərxoş idim Bunu heç kəs bilmədi "Sağ ol " demədən günəşə atdığın addımlarını silməmişəm də heç Nə də olsa, öldürdüyün adama "Sağ ol" deməzdin Mən səhərlərə düşmən idim Gecələr heç öpməzdi məni,o Sevgimizə bulaşmış bir yataq O yatağı tabutuna çevirib,o Şeir yazmağımı heç sevməzdin "Şeir səni məndən alır"pıçıltısı Mən şeirlərimi basdırdım ayaqların altına Bir ad günü hədiyyəsi Boş evimizdə sonsuzluğa rəqs edərkən Sən bir eşq, mən SƏMAZƏN Ay və Günəş çox boş görünür,inan Bir "Kafirin pəncərəsindən" Yoxluğun bir qadından, bir yox oluşdan artıq idi,o Mən bir əclafdan bir ruha keçiddəydim- elə deyirdi,o Danışdığım yalanlara inanacaq qədər sevərdim uydurduğum dünyanı Uydurduğum və xoşbəxt olduğum şəhərə Səndən sonra Bakı deyildi Bunu heç kəs bilmədi Mən heç içmirəm, heç darıxmıram onun üçün Heç sıxmır da artıq bu şəhər Mən ruham yoxsa cisməmmi? Mən qalmışam yoxsa tükənmişəmmi? Mən o qədər unudulmuşam ki Heç xatırlamadı da məni, o