Kəhkəşan
Ali Khayyam
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
I.
Yenə əynimdə qara köynək
Yenə gözlərim yorğun
Yenə əynim qarışıq
Yenə qapanır gözüm qapanır
Yenə ruhum səliqəsiz
Yenə çirkli düşüncələr
Yenə qarışıb saçım saqqalıma
Yenə qatıb-qarışdırmışam dünyanı qabağıma Yenə Bakı qaranlıq
Yenə səssizləşmir bir anlıq
Yenə sakitləşmirəm
Yenə istəmirəm
Yenə dağılır əllərimə qara şeirlər
Yenə olaq cavan Allah niya yenilənmir? Insan Yenə?
Satırıq biz gələcəyə bu günümüzü
Yenə Nuh galar ağlasam dərdlərimə Gəlib-gedən qadınlar içkimə məzə
II.
Kölgə adamını aparıb atmısız günəşə
Götürüb qaçammıram küsürəm şeirlərə
Hava da pisdi tutub küləkdən gedəcəm şəmsə
Rədd olsun hamı, gəlməsin kimsə
Men heçliyin müridi mən yenə qaraqabaq
Man suallarına cavabam, vergüllər bağışladım bayaq
Mən yenə çəkirəm gözlərinə sürmə
Yena soyunmuşam bədənimi məni belə kədərli görmə
Mən yenə yazıram şeirlərdən bilərzik qollarına
Səpirəm şeirləri
Gəlib-getdiyin yollara
Divarlarına yazır ruhdaşlarım şeirlərimi
Şeirlarim küçələrdə yenə tökülür yuxum
Yerdən yığıb şeir yazıram
Qurmuşam məhkəməmi günahlarımı bir-bir asıram.
Düşüncələr, fikirlar beynim bağırır, qışqırır, uçur gedir gəcələr
Bu baş, bu baş bir gün başıma iş açacaq.
III.
Yenə ulduz sürüşür
Yenə qaranlıqdı qalaktika
Yenə yorğundu atmosfer
Yenə qarışıqdı süd yolu
Yenə qapanır kainat
Yenə Venera səliqəsiz
Yenə ədəbsizdi Ay
Yenə qarışıb Marsa küləklər
Yenə birləşiram səma rəqsimlə Allaha
Yenə hər hüceyrəmdə kainatın sirrləri
Ilişib Qalmışam bu kahkaşanda çıxa bilmirəm
Mən nə sufiyəm, nə darviş.
Man nə torpağam, nə bədən
Man nə Əliyam, nə Xəyyam.
Man heçəm, heçlikdan yazıram
Bütün ruhdaşlarima salam ola