Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Kor Ərəbin Mahnısı
Faiq Ağayev
Popularity · Low
+
🇦🇿 Azerbaijani · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
Nə eşq olaydı, nə aşiq
Nə nazlı afət olaydı
Nə xəlq olaydı, nə xaliq
Nə eşqi-həsrət olaydı
Nə dərd olaydı, nə dərman
Nə sur olaydı, nə matəm
Nə aşiyaneyi-vüslət
Nə bari firqət olaydı
Könüldə nuri-məhəbbət
Gözümdə pərdeyi-zülmət
Nə nur olaydı, nə zülmət
Nə böylə xilqət olaydı!
Tükəndi taqəti-səbrim!
Tükəndi taqəti-səbrim
Ədalət, ah, ədalət!
Ədalət, ah, ədalət!
Nə öncə öylə səadət
Nə böylə zillət olaydı!
Nə öncə öylə səadət
Nə böylə zillət olaydı!