Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Sənli Xatirələr
Aygün Bəylər
Popularity · Low
+
🇦🇿 Azerbaijani · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
Taleyin yazısı acıdır, aman
Deyirlər, hər dərdə çarədir zaman
Ayrılıq acısı sanki bir kaman
Ayrılıq acısı sanki bir kaman
Qəlbimi inlədir, sızladır yaman
Ayrılıq acısı sanki bir kaman
Ayrılıq acısı sanki bir kaman
Qəlbimi inlədir, sızladır yaman
Qəlbimi inlədir, sızladır yaman
Dayan, fələk, dayan, zaman
Atma məni tənhalığın qoynuna
Dayan, fələk, dayan, zaman
Atma məni bu həsrətin oduna
Ömür bir dalğa idi, sahilə dəydi, getdi
Həyat bir məşəl idi, ölüm söndürdü, getdi
Ömür bir dalğa idi, sahilə dəydi, getdi
Həyat bir məşəl idi, ölüm söndürdü, getdi
İnləyən kamanın səsi ağlayır
Yaralı ürəyi yaman dağlayır
Sənli xatirələr sənsiz ağlayır
Sənli xatirələr sənsiz ağlayır
Bir gözüm gülsə də, biri ağlayır
Sənli xatirələr sənsiz ağlayır
Sənli xatirələr sənsiz ağlayır
Bir gözüm gülsə də, biri ağlayır
Bir gözüm gülsə də, biri ağlayır
Dayan, fələk, dayan, zaman
Atma məni tənhalığın qoynuna
Dayan, fələk, dayan, zaman
Atma məni bu həsrətin oduna
Həyat davam edir, deyirlər mənə
Sənsiz gecələri, sənsiz sabahı
Sənsiz gündüzləri, tənha həyatı
Sənsiz bayramları, sənsiz büsatı
Heç cürə özümə rəva bilmirəm
Ömür bir dalğa idi, sahilə dəydi, getdi
Həyat bir məşəl idi, ölüm söndürdü, getdi
Ömür bir dalğa idi, sahilə dəydi, getdi
Həyat bir məşəl idi, ölüm söndürdü, getdi
Sənli bir dünyam vardı, taleh uçurdu, getdi