Skip to content

Köhnələr

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

A bala, o dövr bitdi Edilir zarafat ciddi A bala (a bala), a bala (a bala) Köhnələr köhnəlib itdi Köhnə Xəzər, yeni balıqlar Köhnə süfrələr və yeni sağlıqlar Daha yaşlanırıq biz bala-bala Biz 90-dan qalan qalıqlar Bu yeni yaşayışın tərzinə biz uymuruq Hər yaşadığımızı çəkib qoymuruq Birini sevirik, amma tez soyumuruq Birlikdə gəzərik, amma tək qoymuruq Hamıya sıxıcı gəlir həyat, eyni şey Səhər oyan, gecə yat, yenə də eyni şey Onu at, bunu tap, yenə də eyni şey Onu al, bunu sat, yenə də eyni şey A bala, o dövr bitdi Edilir zarafat ciddi A bala (a bala), a bala (a bala) Köhnələr köhnəlib itdi A bala, o dövr bitdi Köhnələr köhnəlib itdi Köhnə bulud, yeni damcılar Köhnə ümidlər və yeni falçılar Köhnə dostlarla yeni maraqlar Əlimdə mentalitetdən qamçılar Fərqli-fərqli yanlar Fərq qoyar, ayrılar insanlar Yaşanan hekayələr eynidir Sadəcə fərqlidir ünvanlar Məqsəd dolu-dolu dollar Fərqi yoxdur hansı yolla Trendədir o, trendədir bu Trend üçün saçı-başı yolar O vaxtı gündüzlər qara, gecə bəmbəyaz Qələmində işıq varsa, otur, sən də yaz Hüseyn Dərya, Elşad Xose, Anar Nağılbaz Dəyirman dərdlərə dərman, sən də qulaq as A bala, o dövr bitdi Edilir zarafat ciddi A bala (a bala), a bala (a bala) Köhnələr köhnəlib itdi A bala, o dövr bitdi Köhnələr köhnəlib itdi