Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Ağlama (Akustik)
Röya
Popularity · Low
+
🇦🇿 Azerbaijani · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
Qəfil yağan yağıştək
Birdən məni haqladın
Həyatıma günəştək
Birdən dolub parladın
Sənsiz həyat, biləsən
Acı kamandır dinən
Dərd çəkməyi, deyəsən
Səndən öyrəndi sinəm
Məndən ötrü, sevgilim
Sızıldayıb ağlama
Çaya dönüb çağlama
Dərdlə sinəm dağlama
Məndən ötrü ağlama
Qoy ağlasın yağışlar
Yaddan çıxmaz baxışlar
Ömrümə nur bağışlar
Ayrılanda ümidim
İzsiz sorağa döndü
Gözlərimdən göz yaşım
Ürəyimə süzüldü
Doldum göylər dolunca
Dözdüm güllər solunca
Baxdım sənin dalınca
Gedən yollar boyunca
Məndən ötrü, sevgilim
Sızıldayıb ağlama
Çaya dönüb çağlama
Dərdlə sinəm dağlama
Məndən ötrü ağlama
Qoy ağlasın yağışlar
Yaddan çıxmaz baxışlar
Ömrümə nur bağışlar
Məndən ötrü, sevgilim
Sızıldayıb ağlama
Çaya dönüb çağlama
Dərdlə sinəm dağlama
Məndən ötrü ağlama
Qoy ağlasın yağışlar
Yaddan çıxmaz baxışlar
Ömrümə nur bağışlar
Ağlama
Məndən ötrü ağlama
Ağlama
Qoy ağlasın yağışlar
Ağlama
Məndən ötrü ağlama
Ağlama
Qoy ağlasın yağışlar