Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Əlvida
Epi
Popularity · Low
+
🇦🇿 Azerbaijani · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
Söz ağızda bişir, qazana atmırıq ki, bişə
Haram əti çəkib şişə dartmırıq ki dişə
Güzgüdə əksimə baxdım, çatlayıbdır şüşə
Gözəl günlər qabaqdadır, çatmırıq ki, düşək
İçi dolu kin olanlara verməmişəm bir anlam
Yuxumu suya danışdım, suya düşdü planlar
Əvvəl ilan oyununu oynayırdım "Nokia"da
İndi oyun oynayırlar naümid kimi ilanlar
Yaxşı elədiyim işə pis əməllər qarışır
Dağ bildiyim adamlar da təpələrlə yarışır
Mənim danışdırmadığım niyə məndən danışır?
Kişi kimi sözünüz var, gəlib mənlə danışın
Yavaş-yavaş yaşlanırsa ürək, beyin, ciyər
Epidə ağıl biixtiyar gedib, gəzib diyar-diyar
"Hype" tutunca ağlayırdın piar, piar, piar
Ala, tutaq ki, mən uduzmuşam, nə qazandın, xiyar?
Burnumdan gətirdilər ən şirin günümü
Ağac əkən daşıyarmı əncirin yükünü?
Həftəsonu işlədirəm məntiqin gücünü
Bəlkə, həftədən çıxartmaq olar ən birinci günü?
Yəni mən birinci gülün yaxşı toxumların seçim
Əkim ki, tikanlı güllərimə toxunmadan keçin
Su görməyən gülün ömrü tox olmadan keçir
Var olanın qədrin bilin, yox olmadan seçin
Dedilər: "Bizlə ol",-dedim, yox, olmuram keçi
İnadım var, hər yerə, açığı, soxulmuram keçib
Keçməz, dedim, atdıqları ox onların keçir
Şeytana da o vaxt dərsi qohumların keçib
Əlvida, əlvida
Məndən üz əlini daha
Bir sual, tək nida
Məndən üz əlini daha
Əlvida, əlvida
Məndən üz əlini daha
Bir sual, tək nida
Məndən üz əlini daha
Gecə sadə düşündüyüm yadımda gündüz qalmır
Və mürəkkəb düşüncələrdə ağlımda düz qalmır
Əsl dostlar biri-birinin ağzından söz almır
Yerin qulağı yoxdur, bunların ağzında söz qalmır
Görəsən, canavarlar nələr pusub naxırda?
Əkbər Epi ilə danışıb, kədər susub axırda
Sizlə elədiyim söhbət nə böyükdür, nə xırda
İlana bal içirtmişəm, zəhər qusub axırda
Qollarını gizlətmə, hər atdığın qoldursa
Qollarını gizlədənə böyük yükdür qol qısa
Gəl hər şeyi dərd eləmə, məncə, olan oldusa
Siçan baxıb deyib ki, pendir böyükdür, yol qısa
Heç olmasa, bu dediyim fikirlərə qulaq verin
Qızlara cehiz içində silah, bir də daraq verin
Şəxsən paylayardım, olsa, çoxlu revolverim
Ölməmişdən öncə qorusun hamısı günah yerin
Atalara səslənirəm: aranızı açın qızla
Yaşı balaca qızlar nələr eləyər acığınıza
Fikrimi bu sətirdə, istəyirəm, açıq cızam
Niyə son zamanlarda evlərindən qaçır qızlar?!
İşlərin uğursuz keçir onu uğur saymayanda
İşlərin uğurlu olur şərəf, qürur qalmayanda
Həqiqətlər əvvəl-axır səni boğur anlayanda
Xoruz da elə bilir ki, Günəş doğur banlayanda
Əlvida, əlvida
Məndən üz əlini daha
Bir sual, tək nida
Məndən üz əlini daha
Əlvida, əlvida
Məndən üz əlini daha
Bir sual, tək nida
Məndən üz əlini daha