Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
ƏSL MƏSƏLƏ
Xpert
Popularity · Low
+
Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
Əsl məsələ o deyil
Əsl məsələ görmək
Ki olmur hər güldən mey
Tənha bihuş yellənmək
Əsl məsələ görmək
Hamımız bu gündəyik
Məsələ yaşayıb bilmək
Yaxud oxuyub öyrənmək
Əsl məsələ əylənmək
Ziyanın hamısından dönmək
Məsələ özündən getmək
Ya da ki durmaq tərpənmək
Əsl məsələ o deyil
Məsələ səs eləmək
Eşidib ucadan susmaq
Özünə bəs eləmək
Oldum cambaz həyatın ipinə
Çarpaz ayağım bitməz serüven
Hər dəfə olmaz çempion
Yıxılan bu oğlan başlar geridən
Xanalar qara-ağ növbə əcəlin
Oynar daşlar yerindən
Yenə güc tapıram gülürəm
Yolları sevirəm
Addım pilates
Qeybdən boğuq səs
Repsiz yeməyim bum-buz
Repsiz saatım tez-tez
Döyünür ürəyim protez
Hərəkət jestlər qrotesk
Nə fərqi kim kimi protest
Qaraladıq hamımız eyni testi
Hamısı eyni parça eyni bez
Hamısı eyni küy eyni səs
Sosial şəbəkə pozdu beynimizi
Elə bil yenə pisdir kefimiz
Gördüm yuxular hamısını yüz yerə yozdum
Dedilər bu gün yenə hava soyuq olacaq
Olsun
Bəzən işlər yolunda getmir dostum
Bəzən olur bəzən olmur
Əsl məsələ o deyil
Əsl məsələ görmək
Ki olmur hər güldən mey
Tənha bihuş yellənmək
Əsl məsələ görmək
Hamımız bu gündəyik
Məsələ yaşayıb bilmək
Yaxud oxuyub öyrənmək
Əsl məsələ əylənmək
Ziyanın hamısından dönmək
Məsələ özündən getmək
Ya da ki durmaq tərpənmək
Əsl məsələ o deyil
Məsələ səs eləmək
Eşidib ucadan susmaq
Özünə bəs eləmək
Qırılıb təbiətin bəm teli
Sökülüb cəmiyyətin danteli
Vaxt irəliləyir sondan geri
Qolumda iz atar saatın yeri
Tapılar cinayətin qan yeri
Ağarar həqiqətin dan yeri
Bir mən var o da məndən aralı
Əqlim ipini qoparır
Səbrim dənizə damır
Bu ilan yollar udacaq çaparı
Hər bir yeni gün bir ümid aparır
Yıxılıb tuturam dağılan divarı
İtmiş açarı
Taparıq bir gün əlbət açarıq
Soyuyur havalar əynim qaralır
Bəxtim gətirir aparır
Bir tək ucalır yuxarı
Anamın duası