Skip to content

Sahillər (Gəmilərini Gözlər)

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

Sahillər gəmilərini gözlər İllər məni geriyə səslər Hardasan, gözəlim, hardasan? Qışmı qəlbin, ya bahardasan? Bir axşam taksidən payıza Əl-ələ qaçarıq sənlə uzağa, harasa Bu dünyada tapa bilmədik biz özümüzə ev Darısqal buralar, bizə darısqal Ürəyimizi sıxırdı şəhərin Necə olarları, nə edərləri Xatirələri qatladıq, səliqəli çantamıza atdıq Və çıxardıq yaddan Orda hamı mini king, mikro imperator Biz isə azadıq dənizlərdə, biz piratıq Bizim azadlığımız onların qorxulu yuxusu Yuxularına biz haram qatırıq Rahatlığı biz sərgüzəştlərə satırıq Titanik batır, biz qalxırıq aysberqin üstünə Kömək gələnə kimi qalın şubalara bürünürük Ulduzlara baxırıq Sahillər gəmilərini gözlər İllər məni geriyə səslər Hardasan, gözəlim, hardasan? Qışmı qəlbin, ya bahardasan? Bir axşam taksidən payıza Fikirlərimiz uçar uzağa, harasa Retroqradın küçələri dolu Yalan dəyərlər ilə Hara baxsan, hamı yarasa Dalanların arası ilə Ayaqların hələ də o şəhəri gəzərmi? Xəzrilər əsərmi? Xatirələrim yarımçıq əsər Amma eşitmişəm, Bakını tərk edir Xəzər Sahillər gəmilərini gözlər İllər məni geriyə səslər Hardasan, gözəlim, hardasan? Qışmı qəlbin, ya bahardasan? Sahillər gəmilərini gözlər İllər məni geriyə səslər Hardasan, gözəlim, hardasan? Qışmı qəlbin, ya bahardasan?