Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Əkbər Novruzlu 2
Epi
Popularity · Low
+
🇦🇿 Azerbaijani · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
Epi əsas qonaqdır
Əkbəri uzun-uzadı ötürmürlər
Əkbər kiminsə "счёт"una oturub
Epi pul uzadanda götürmürlər
Əkbər vacib olmayıb
Epi zalın önündə növbə eləyib
Əkbər atasının "Opel"in sürür
Epi isə sürməyə tövbə eləyib
Epi əlindəkini dərk edə bilmir
Əkbərə düşən də boş bəxt olur
Əkbər yurdunu tərk edə bilmir
Epi isə xaricdə xoşbəxt olur
Əkbər Epiyə həqiqət göstərir
Epi isə yekəbaş biridir
Əkbər həyatına diqqət göstərir
Epi şeytanla qardaş kimidir
Epi girdiyi yerə Əkbər girmir
Əkbər düşünür hərdən bir-bir
Epi bildiyin Əkbər bilmir
Elə bilir, bütün rənglər birdir
Əkbərə bəsdir üç min, beş min
Epi üçün üç min, beş min heçdir
Əkbərin yarası üç gün, beş gün
Epinin yarasını deşdin, keçmir
Əkbər uzaq idi cığallıqdan
Epi deyir saymayırıq biz o "friend"i
Əkbər zövq alır reallıqdan
Epi dərmanlardan şizofrendir
Epidə "location, party" zaddır
Əkbər ölkəsinə partizandır
Epinin yanında "barbie" zaddır
Əkbər yoldaşı ilə çox azaddır
Əkbəri aldatmaq çox asandır
Epinin yolunun yox asanı
Əkbər özünü poxa salmır
Epini həyatda heç nə şoka salmır
Əkbər dostuna daim dəstək
Epi yeyir dostun payın qəsdən
Əkbər qorxar xain kəsdən
Epi üçün başlayır "time" təzədən
Əkbər həmişə sadiq biridir
Epi isə qalmayıb bazlığından
Epi narahatdır yer azlığından
Əkbər fəxr edir yerazlığı ilə
Epi hər şeyi tez görüb deyə
Əkbər daima dərsdə yatıb
Epi bulvarda söyüş söyüb deyə
Əkbər otuz gün həbsdə yatıb
Əkbər qoluna saat taxmayıb
Epinin Əkbər vaxtları qurtarıb
Əkbər hələdə özünü tapmayıb
Epini Xoşqədəm axtarıb, tapıb
Əkbər halal pulun ətrin bilir
Epiyə fərqi yox, haram da yeyir
Əkbər qəpiyin qədrini bilir
Epi 1 qəpiklik adam da deyil
Əkbər tərəzidə kəmiyyətin çəkir
Epi rep eləmir, öz cəmiyyətin çəkir
Epi kimlərə üz veribsə o vaxtı
Əkbər hamısının əziyyətin çəkir