İllər Sonra (Xor Kapellası İlə)
Orkhan Zeynalli, Nargis Majidli
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
Səni başqa sahildə görmək ürəyimi incitdi illər sonra
Xoşbəxtliyin iki şəkli, biri davədi, biri yol
Nağıl kimi idi evimizə qayıtmaq illər sonra
Nağılaşdım ki, valideynimin biri var idi, biri yox
Getmək, gəlmək, qalmaq beyində əbədi dilemma
Son dəfə qərar verirsən, çıxır yenə də bir əmma
Xeyir dəftərində istədim şəhərə qayıb qoymaq
Mən sadəcə istədim hansısa şəhərə aid olmaq
İllər keçirib böyür bədən, artır rəqəm ürəyisə
Sanki daha çox sevgi tuturdu balaca vaxtı
Evim dəniz, illər günəş, dəniz sahilinə isə
Ürəyimə çəkdiyi dağdan atam çay olub, yarıcan axdı
Nə qədər varıqsa var bizlə bir yaşayanlar
Pillə-pillə tərtib edəcək yaddaşı anlar
Nə qədər varam musiqinin dəyişən axışı olacaq
Gedəndə anam mesaj yazdı: "Hər şey yaxşı olacaq"
Düşdür əllər saçlarıma illər sonra
Soyuq insan bağlarında güllər solar
Yaşa dolmaq, yaşla dolan gözlər kimi
Gedir üzlər, qalır izlər illər sonra
Zaman ovurdu ruhu evimizdən, yerində tikir otel
Böyük ailəlik çay sofrəsində indi iki latte
Məndən qabaq görsən atama deyil
Bircə dəqiqəlik zəng vursun, ona əlvida deyin
Bu şəhərin hər küçəsində, hər parkında xatirə
Bütün izlər sanki uşaqlığımın yerini deyir
Neçə yaxın tükəndi ki, doğmalaşdım yad ilə
Göhnəm anılarım eyni olsa da, hisslər eyni deyil
Neçə acuğa çörək verdim dərdlərimlə nöydüb
Bu şəhərdə görən neçə fərd dərdlərimlə böyüdü
İntihar edən qəmlər lövbərin artır dərinə kəsib
Atmalı olduqlarımı da həyat kəsib atır yerimə
Xoşbəxtliyi tapmaq çətin olmadan güclü varlıq
Necə ki, itkilə bilməz heç bir ev üçdivarlıq
Bütün savablarımı upuç edə biləcək günah sənsən
Mənim evim yox ki, çünki dördüncü divar sənsən
Düşdür əllər saçlarıma illər sonra
Soyuq insan bağlarında güllər solar
Yaşa dolmaq, yaşla dolan gözlər kimi
Gedir üzlər, qalır izlər illər sonra
Düşdür əllər saçlarıma illər sonra
Soyuq insan bağlarında güllər solar
Yaşa dolmaq, yaşla dolan gözlər kimi
Gedir üzlər, qalır izlər illər sonra
İllər sonra
Soyuq insan bağlarında güllər solar
Yaşa dolmaq, yaşla dolan gözlər kimi
Gedir üzlər, qalır izlər illər sonra