Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Niyə Sevdim Mən Səni
Şövkət Ələkbərova
Popularity · Low
+
🇦🇿 Azerbaijani · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
Niyə sevdim mən səni?
Niyə vuruldum sənə?
Niyə sevdim mən səni?
Niyə vuruldum sənə?
Özüm də bilmirəm heç
Nəyin xoş gəldi mənə
Özüm də bilmirəm heç
Nəyin xoş gəldi mənə
Deyim, qara qaşların
Qara gözlərin oldu
Qırmızı yanaqların
Şirin sözlərin oldu
Deyim, qara qaşların
Qara gözlərin oldu
Qırmızı yanaqların
Şirin sözlərin oldu
Düz olmaz, axı səndən
Qara gözlülər də var
Düz olmaz, axı səndən
Qara gözlülər də var
Qırmızı yanaqlılar
Şirin sözlülər də var
Qırmızı yanaqlılar
Şirin sözlülər də var
Bəs qəlbini qəlbimə
Bağlayan nə oldu, qız?
Bu suala bir cavab
Verə bilərəm yalnız
Bəs qəlbini qəlbimə
Bağlayan nə oldu, qız?
Bu suala bir cavab
Verə bilərəm yalnız
Məni sənə bağlayan
Düz söz, düz ilqar oldu
Məni sənə bağlayan
Düz söz, düz ilqar oldu
Təmiz məhəbbətimiz
Bir də etibar oldu
Təmiz məhəbbətimiz
Bir də etibar oldu
Niyə sevdim mən səni?
Niyə vuruldum sənə?
İndi bildin mi, ay qız
Nəyin xoş gəldi mənə?
Niyə sevdim mən səni?
Niyə vuruldum sənə?
İndi bildin mi, ay qız
Nəyin xoş gəldi mənə?