Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Yarpaq Bombası, Nüvə Dolması
Neocortex
Popularity · Low
+
🇦🇿 Azerbaijani · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
Ay qız, sən mənim yaxın şərqim
"Veçnı" odlu gərgin
Müharibə sevən bomba dərdim
Ərazinə girən çox didərgin
Aramız əndrəbadi
Elə bil sən ərəb, mən də yahudi
Bizlərə yadigar qalıb bu ortaq torpaq
Onu gəl bölək adil
Ürəyin döyünən İzrail
Gecə-gündüz CNN izləyir, BBC izləyir
Həyatını kimin isə xalası və bibisi izləyir
Məni parçalayır münaqişələrin
Şairin ürəyin paralayıb günah iş eləmə
Hövsələmi bunca eşələdin
Kaş ki, bunun əvəzinə ilahi şilləni sifətimə vurub döşəyərdin
Şap səsi qulağıma musiqi olsun
Kaş verdiyin acı tək fiiziki olsun
Maç eləyərdim səni amma istəməzdim dədən əsəbi olsun
Qəlbin İranın nüvə bombası
(Gizlidir, sirlidir)
Dünyan bir müharibə zonası
(Buralar istidir)
"Underrated"sən sən kələm dolması kimi
Görüşə hazırlıqlı gəlmişəm
Klək klək
Ay qız sən mənim uzaq şərqim
Mənə yad qurşaq fərqli bir iqlim
Yanında elə oluram "senpai"
Sən gedəndən oldum xosumbay
Öyrənərəm muay-tay, səni kövrəldənə göstərərəm
Vay-vay necə olur ay qa (yox) ayka (yox) ay qız
Məni qınama çox haqsız
Qəlbin İranın nüvə bombası
(Gizlidir, sirlidir)
Dünyan bir müharibə zonası
(Buralar istidir)
"Underrated"sən sən kələm dolması kimi
Görüşə hazırlıqlı gəlmişəm
"Underrated"sən sən kələm dolması kimi
Görüşə hazırlıqlı gəlmişəm