Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Randevu
Epi
Popularity · Low
+
🇦🇿 Azerbaijani · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
Mən səndən yox
Bizim ikimizdən küsdüm
Bir yanğın yox
Çıxır içimizdən tüstü
Səni görməyi umanda
Mən eləyirəm güman da
Elə həmənki liman da
Görüşmək ümidi ilə
Səni görməyi umanda
Mən eləyirəm güman da
Elə həmənki liman da
Görüşmək ümidi ilə
Ya da yox, bəlkə, alınmadı görüş, yoxdur geri dönüş
Mən həmin adam qalım, sənsə başqasına dönüş
Dərdin olsa, dedim axı, gəlib mənlə bölüş
Sənin dünən elədiyin bu gününlə örtüşmür
Səndən əlimi çəksəm, əl tapmazsan
Əlimi uzatsam belə, həll tapmazsan
Hələ də ürəyində əgər çat varsa
Sənə əlim çatmır deyə əlçatmazsan
Daha həyatın mənə rəng də qatmır
Yığacağın nömrəyə zəng də çatmır
Başdan xarabam, anlamırsan ki
Mən də çatmır
Mən səndən yox
Bizim ikimizdən küsdüm
Bir yanğın yox
Çıxır içimizdən tüstü
Səni görməyi umanda
Mən eləyirəm güman da
Elə həmənki liman da
Görüşmək ümidi ilə
Səni görməyi umanda
Mən eləyirəm güman da
Elə həmənki liman da
Görüşmək ümidi ilə
Ya da yox, məni eşidirsən, qadam, mən artıq azadam
İstəmirəm, həmin ağrıları bir də dadam
Eşidirsən, madam, deyiləm həmən adam
İndi sənə yadam və ayrılığa şadam
Məncə, ayrılığa alışa bilərik
Kim deyir ki, qaynayarıq, qarışa bilərik
Uşaq deyilik, susaraq da danışa bilərik
Fikirləşmə, barışa bilərik
Mən səndən yox
Bizim ikimizdən küsdüm
Bir yanğın yox
Çıxır içimizdən tüstü
Mən səndən yox
Mən səndən yox