Skip to content

Baş Rolda Özüm

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

Onlar oturur kafedə, mən küçədəyəm Onlara gəlir isti yeməklər, mən şaxtadayam Onlar gəzirlər cipdə, mən taksidəyəm Onlar dənizkənarı parkda, mən arxadayam O onu dəvət eləyir rəqsə, mən hirslənirəm Onlar çevriləndə mənə tərəf gizlənirəm O ona alır güllər, göndərir hədiyyələr O onu sevir, amma mən də onu sevirəm Onlar gəzirlər küçədə, mən kafedəyəm Onlar hiss edəndə kimsə güdür, mən gizlənirəm Onlar gəzir dükanları, dənəyir paltarları O paltarlı istəyir, mən paltarsız istəyirəm Onun sevgilisi pullu, mənim şansım yoxdur Onun ətrafında mənim kimi oğlanlar çoxdur Mənim ürəyimə girən yeganə qızdır Ona yaxın olmaq üçün oluram sevgilisinin dostu Onlar keçirir ad günü, mən birinci qonağam Onlar qızdırır əllərini, mən yandıran ocaqda Onlar seçirlər mənzil, mən məsləhətçi Onlar haranı gəzir, mən onlara oluram bələdçi O onu öpür, mən üzümü çevirirəm Onların xoşbəxt anlarına dözə bilmirəm Oğlan mənə danışır gecə baş verənləri Yatağı, qızı, toxunuşları, səsləri O mənə etibar eləyir, mən eləyirəm nifrət Onların toy günündə mən çəkirəm həsrət Onların toy gecəsi, şəkillər, bal ayı Bir il sonra uşaqlarının ilk sözü olur "dayı" Onlar oturur kafedə, mən kafedəyəm Onlar uçursa xaricə, mən də xaricdəyəm Onlar açırsa şirkət, mən oluram şərik Bu sevgi üçbucağı, bu qanlı mühərrik Onlar sevişir yataqda, mən qonşu otaqda Onlar qəhrəmanlar, mən epizodik rol qıraqda Onlar yaşayır öz həyatını, mən onların həyatını Mənim adım Qaraqan, yox, mənim yox adım O işlə bağlı uçur xaricə, mən evdəyəm Mən onun ən yaxın dostu, mən arxa dirəyəm Tək qoya bilmir həyat yoldaşını, körpəsini Mən oluram başçısı onun ailəsinin O işləyir xaricdə, biz şəhərdəyik O biznes danışıqlarında, biz kafedəyik O yorğun oteldə, biz artıq evdəyik Yedizdirdik, uzatdıq, yatmağa körpəni O artıq yuxuda, mən onun sevgilisiylə Özümü saxlayıram güclə, əsəb ülgücdür Daxil olur duşa, deyir bir az tərləyib Ehtiras təmiz ruhumu tamam zəhərləyib Əri xaricdə pul qazanır, mən onun dostu Məni çağırır hamama deyir: "Su çox isti" Mən yumub gözlərimi istəyirəm tənzimləyim Növbəti saniyə o çılpaq üstümdə mənim Davamlı öpüşlər, ehtiras, etiraf O çılpaq, mən geyimdə, o çılpaq, mən çılpaq Dağılmış su, sınıq aynanın çilikləri Nalələr, ahlar, o biri otaqdan uşaq səsi Gözümün qarşısında fraqmentlər, xatirələr Elə ah çəkir ki, heç belə ah çəkmir fahişələr 3 il əzab çək sevgiyə görə, 3 il gizlət Bu zibilçə isə bir gündə etdi xəyanət Onunçun fərqi yoxdur, bu mənəm, ya başqa biri Mən onu itələyirəm, o buraxmır, buraxmır məni O tökdü ləkələr mənim təmiz hisslərimə Dodaqlar iyrənc, nifrət eləyirəm əllərinə Mən heç vaxt istəməzdim bu cür düşsün gözümdən Bacarmıram, itələyirəm onu, vururam dizimlə Ona etiraf eləyirəm 3 illik sevgimi Amma başa salıram ki, bu etdikləri xəyanətdir Və qapı açılır, dostum əlində silah Zorlanmış həyat yoldaşı və dost alçaq Növbəti kadr, məncə ehtiyac yoxdur şərhə Artıq hamı bilir, kimə dəyir güllə