Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
QARA BƏXTİM
endergroundlife
Popularity · Low
+
🇦🇿 Azerbaijani · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
Çəkməyə heç nə olmayanda yandır şəkilləri
Gözlərim uzun bir yol çəkir mən də sətirləri
Bulvara baxır eyvan ruhum seyrdədi
Artıq ünvansız yazıram bu boz şeirləri
Şəhərin içində səyahətdəyəm çamadanla görürəm gəzdikcə cılız insan ləpirləri
Xəzərin saçları çirk qoxur
Bakı bu nə ədalətdi
Sanma bu nəqarət idi
Yox Bakı mənim qara bəxtim
Sanma bu nəqarət idi, yox
Sanma bu nəqarət idi, yox
Bakı mənim qara bəxtim
Şərab da qırmızıdı gözlərimin rəngi də
Məni məndən qabaq unudubmuş sən demə
Məni təcrid edin təcili bu şəhərdən
Mən əcnəbi bu səhərdən başqa ölkədə şəhərdə
Qadınların nazlarını özümlə aparmasam alınmaz
Bu qəlb yarası dözülməz
Yanağının xallarını gözümlə süzdürürəm
Sürməsində düyünlənib çözülsəm
Sanma bu nəqarət idi
Yox Bakı mənim qara bəxtim
Sanma bu nəqarət idi, yox
Sanma bu nəqarət idi, yox
Bakı mənim qara bəxtim
Bakı mənim qara bəxtim