Skip to content

Yalançı

Ali Khayyam
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

Mən yalançıyam özümə qarşı Tutduğum sözümə qarşı Nə qədər aldatmaq olar hər şey olacaq yaxşı Düzünü demirəm, yalançıyam görən gözümə qarşı Yalanım həqiqətimin bir qarışı Yalanım müqəddəs vergiye qarşı Yalanım sevgiyə qarışıb Mən fahişələrə şərab, qəhqəhə vururam Sevdiyim gözlər, göz yaşıyla isladıb balışı Yalanım, anamın saçına dən salıb O atamı gücsüz edib onu əldən salıb Yalanım dildən çıxarıb məni elə dilə salır Arada o qədər olur bilmirəm nə nədi Məni də elə salır Aldadıb aldanıram, əlimizdə qan izi Yalanım vətənə, işğal altında iyirmi faizi Yalançıyam düşmənə qarşı, içmirəm onun qanını Yalançıyam mən, yalançıyam, pozuram neçənci andımı Yalançıyam oğluma qarşı, elə her doğmama qarşı Onsuz olmur cavanı da, ağ saqqalı bununla barışıb Yalan doğruma qarşı, yalanla boğulub baxışım Mən yalanam, pressa məni doğru kimi soxmağa çalışır Yalanım Tanrıma qarşı, yadıma düşür darda və ya əlimdə badə Çiy süd əmmişəm, mən insanam qınama nə badə Qüsur genlərimdə mənim Yalançıyam mən, yalançıyam Babamın adı adəm! İyirmili yaşlarda qocalıq yaşayır gəncliyim "Hər şey yaxşı olacaq" deyənlər yalançı Küçələr keçilmir kədərdən, küçələrdə şeiriyyat var Şair dedikləriniz, evdə analarına yalançı Bircə Pərimin gözlərindən axacaq yaş deyə, saxlıdır həqiqət hələ də Lənət olsun bu günümə, mən şeirlərimə də yalançı Dərdi yazmaq olanın qələmindən Tanrı əksik olmamalı Gənc ədiblərimin dərdi qadın şəhvəti, kitablarınız da yalançı Çox gördük polis qandallı əllərin pafoslu şəkillərini Sol nə bilir vətən-millət nədir? Mitinqləriniz də yalançı Səma şairiyəm mən, şeirlərim kərvandır Bu karvanların da səhrasında, hər şey ilğım, hər kəs yalançı Yuxularımı illər əvvəl kitabların arasında itirmişəm Hələ də tapa bilmirəm Neçə dərman, nə qədər içki Nə qədər olar səhərlərə siqaretlə sabahın xeyir demək Nə edim, ölə bilmirəm Nə qədər olar yuxusuz küçələr, nə qədər olar şeirləşmək istəmədən Nə dədər olar ağrımaq bu qədər kədərin üzərinə Nə qədər olar boş dualar, qüya olacaqmış kimi nəsə Əgər dualar xəstəyə çarə olsaydı, heç bir ana ölməzdi Ruhumu al məndən, as inanclarımdan məni, dualar da yalançı Bu gün gözlərin heç danışmır mənimlə Gəl tut əlimdən Saatlar gözləyə də bilər Boş ver Susuzluqdan çartlamış torpağam Ağla bir az mənə, bir az öp məni İnsanlar gözləyə də bilər Boş ver Baxma əllərim kobudlaşıb bu son illərdə Baxma tel-tel ağarmış saçlarıma Gözlərimin altındakı qırışlara heç fikir də vermə Mən hələ uşağam, qoru məni bu insanlardan Boğazımda düyüm, hər dəfə deyəndə ki, "yaxşıyam, anam" Güzgüdəki insanam mən, mən başdan ayağa yalanam