Skip to content

Tənhalıqdan Ayrıldım

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

Səni gördüyüm an Tənhalıqdan ayrıldım Tənhalığı tərk etdim Səni gördüm - ayıldım Günəşin şəfəqləri süzülür pərdələrin arasından, divara Sağollaşıb qış ilə, biz bürünürük yeni bahara Gözlərimiz ümid ilə dolu Uzanıb baxırıq tavana Buruqları qucaqlayır qolumu Nə gətirir gələcək, bilmirəm yolun sonunu Amma dəqiq bilirəm ki, sənsiz olmur Dedi: "Bəlkə buraları tərk edək Gəmilərə yelkənləri bərkidək Bağışlayaq bütün dünyanı, biz əfv edək Keçmişimizi yandıraq, məhv edək" Dedim: "Səni gördüyüm an Anladım, xoşbəxtliyim - sənin güldüyün an Əllərin... sən incə ki, əllərin İstərəm bağlasın gözlərimi öldüyüm an" Səni gördüyüm an Tənhalıqdan ayrıldım Tənhalığı tərk etdim Səni gördüm - ayıldım Günəşin şüaları süzülür, divarlara çəkir rəsm Barmaqlarım saçlarında gəzir Sən gülürsən Amma gələcəyin yükü ağır - çiyinlərim əzilir "Sabah nə olacaq?" - soruşsa, mən nə deyim? Həyat axı deyil hədiyyə Gözümüzü bağlayıb bu sevgi dumanı Uçurumun kənarıyla gəzirik Həyatımın bahar fəsli Ya mən bir çiçəyin əsiri Süni sevgilərin arasında Mən, deyəsən, tapdım əslini Səni gördüyüm an Tənhalıqdan ayrıldım Tənhalığı tərk etdim Səni gördüm - ayıldım