Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Mərcan Ağacı
Qaraqan
Popularity · Low
+
🇦🇿 Azerbaijani · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
Doğma olsa da səsim
Aldanma küyə, biz səninlə tanış deyilik
Mən yoldaşı heç kəsin
Yolum elə uzun bir neçə ömürdü gedirəm
Yaranır yeni yaratıq
İçim qırx otaq, qırx qapı, hər birində div yatır
Çıxart pencəyini isti olacaq
Məlikməmmədin quyusuna enirik
Ruhdan düşmüşlərə həb ruhu zamanın
Yağış olum bağrına quru Aranın
Olum haramın, olum qadağanın
Uzaq qəribin, qəribə adamın, səsi Yaradanın
Sanki dumana qarşı işıqları faranın
Yolun azanda karvanın olum sarvanın
Mən yuxusuyam Brahmanın
Babilin qapılarındakı aslanlar üzür boynun Daranın
Mənim içimdə
Yeddi Gözəl, On iki Boy, Qırx Şikəstə, İyirmi Soy
Mənim içimdə
Sinəsi qarlı, başı dumanlı, gözü tufanlı, dəlisi qanlı
Çənlibeldə bu gün toy
Hoydu dəlilərim, hoydu
Qırx qazan, yedi doydu
Qaçaq qulduru soydu
Hasan gözlərin oydu
Yazdı Tanrı, oxudu tar
Pəncəm əlcək oldu dar
Çəkdi nərə Gəncə, qorxdu çar
Kür qırağın əcəb seyrangahı var
Xarı bülbülün səsi
Sirrlərin xəzinəsi
Hər yükün öz Fitnəsi
Xudafərin, Şimal, Cənub, Şərqlə Qərb
Birləşdi Kürlə Araz
Köhnə nəsil, yeni nəsil
Mənim içimdə
Leyli Məcnunun yanında
Kərəm Əslinin yanında
Müşfiq dincəlir bağında
Rövşən Misrinin yanında
Çırpınan bir dəniz, özümə qarşı döyüş Çaldıran
Yanar dağ, Zərdüştü yandıran
Bir çomaq Bəhr-əl-Əhmarı ayıran
Yanan kol həqiqəti bağıran
Xeyir ilə Şərin
Doğru yalan arası yer var, orda görüşək
Atəşböcəyi təkin od vura zəmilərə söz közü
Sükut alışa, aşıq alıb sazın danışar
Yeniçəri tanır atasını, barışar
Canım Mərcan Ağacı, uzaqlaşdıqca budaqlarım kökümdən
Yarpaqlarım öz qanıma qarışar
Mənim içimdə
Yeddi Gözəl, On iki Boy, Qırx Şikəstə, İyirmi Soy
Mənim içimdə
Sinəsi qarlı, başı dumanlı, gözü tufanlı, dəlisi qanlı
Çənlibeldə bu gün toy
Hoydu dəlilərim, hoydu
Qırx qazan yedi doydu
Qaçaq qulduru soydu
Hasan gözlərin oydu
Yazdı Tanrı, oxudu tar
Pəncəm əlcək oldu dar
Çəkdi nərə Gəncə, qorxdu çar
Kür qırağın əcəb seyrangahı var
Xarı bülbülün səsi
Sirrlərin xəzinəsi
Hər yükün öz Fitnəsi
Xudafərin, Şimal, Cənub, Şərqlə Qərb
Birləşdi Kürlə Araz
Köhnə nəsil, yeni nəsil
Mənim içimdə
Leyli Məcnunun yanında
Kərəm Əslinin yanında
Müşfiq dincəlir bağında
Rövşən Misrinin yanında
Çırpınan bir dəniz, özümə qarşı döyüş Çaldıran
Yanar dağ Zərdüştü yandıran