Skip to content

Dağ

Pranga
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

Ulduzlar havanın bağrını dəlir Qayalı dağlardan duman yüksəlir Xəyalım gecəni salama gəlir Çapdırır atını birbaşa dünya Ellərə baxıram bağçalı, bağlı Göylərə baxıram, qapısı bağlı Təbiət ixtiyar, sirli, soraqlı Əzəldən yaranıb tamaşa dünya Şeir, mahnı, sözüm, səsim Məndən geriyə nə qalacaq?! Bayraq, kəfən, tabut, torpaq Öləndə bədəni nə saracaq?! Saçın, ətrin, sözün, səsin Səndən geriyə nə qalacaq?! Ölüm, itim, görən, hansı Səni də məndən aparacaq?! Yenə də qal Qal ki, gedəndə qalmasın ağlım Sən axı bilirsən, getdiyim yerlərin qapısı bağlı Hər yanı dağlıq, göz-gözü görmür Duman-çən, təkəm mən, üstüm-başım dağınıq Buralar çətindir, bura qırır adamı Buralar uzaq edir yaxını Bura elə bil Fermopil keçidi, qan gölü Yerusəlim, dərin bataqlıq Elə bil Şeytan damarını kəsib Qanını torpağa axıdıb Sol yanı sən parçalamışdın Bayaq da 7-62 deşdi sağımı Göy üzü bulud, Günəş, dağlar Dedim, yəqin, ölüm çağırır Eşidirəm səsini, elə bil haradasa Qara paltarlı bir qadın darıxır Mavi gözlərində alov Elə bil okeanda yanğın Deyirəm axı, su necə yanır?! Kəsmir heç cürə ağlım Sən demə, su da yanır Pis xəbər gələndə dağlar da dağılır Şeir, mahnı, sözüm, səsim Məndən geriyə nə qalacaq?! Bayraq, kəfən, tabut, torpaq Öləndə bədəni nə saracaq?! Saçın, ətrin, sözün, səsin Səndən geriyə nə qalacaq?! Ölüm, itim, görən, hansı səni də Məndən aparacaq?! Şeir, mahnı, sözüm, səsim Məndən geriyə nə qalacaq?! Bayraq, kəfən, tabut, torpaq Öləndə bədəni nə saracaq?! Saçın, ətrin, sözün, səsin Səndən geriyə nə qalacaq?! Ölüm, itim, görən, hansı səni də Məndən aparacaq?! Bir də görürsən ki, açılan solur Düşünən bir beyin, bir torpaq olur Bir yandan boşalır, bir yandan dolur Sirrini verməyir sirdaşa dünya Əzəldən belədir çünki kainat Cahan daimidir, ömür amanat Əldən-ələ keçir vəfasız həyat Biz gəldi-gedərik, sən yaşa, dünya!