Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Qısqanıram
Nur Ceferli
Popularity · Low
+
🇦🇿 Azerbaijani · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
Həsrət acı, süzülübdür badələr
Məni hərdən fikirləşib yad elə
Qəfil gəlib ürəyimi şad elə
Məni dərddən, kədərdən azad elə
Baş açmıram, inan ki, bu gedişdən
Niyə qəlbim gedə bilmir güzəştə?
Ürəyim əsir, titrəyir hər görüşdə
Bəlkə, bir az şans verəsən bu eşqə?
Özümə yaxın sanıram səni
Ona görə qısqanıram
Başqa qəlbi tanıma
İstəmirəm kimisə tanımaq
Qəlbə yaxın sevirəm
Səni mən özüm bilirəm
Özümə yaxın sanıram səni
Ona görə qısqanıram
Ver əlini, dərman olum dərdinə
Təklifimin kaş varasan fərqinə
Yönüm sənə, şimal-cənub fərqi nə?
Bir hə desən, dünya dönər tərsinə
Sevgi baxmır nə ağıla, nə yaşa
Ürəyimi sənə açdım birbaşa
Bu aləmdə qalsaq əgər baş-başa
Həkk olunar bu məhəbbət yaddaşa
Özümə yaxın sanıram səni
Ona görə qısqanıram
Başqa qəlbi tanıma
İstəmirəm kimisə tanımaq
Qəlbə yaxın sevirəm
Səni mən özüm bilirəm
Özümə yaxın sanıram səni
Ona görə qısqanıram