Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Füzuli
Rashid Beibutov
Popularity · Low
+
🇦🇿 Azerbaijani · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
Məni candan usandırdı, cəfadan yar usanmazmı? usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı? muradım şəmi yanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi yanmaz, şəmi yanmazmı?
Qəmu bimarinə canan dəvayi-dərd edər ehsan
Neçün qılmaz mənə dərman, məni bimar sanmazmı?
Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən
Desəm, ol bivəfa bilməm, inanarmı, inanmazmı?
Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım
Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?
Degildim mən sənə mail, sən etdin əqlimi zail
Mənə tən eyləyən qafil səni görcək utanmazmı? Səni görcək utanmazmı?
Füzuli rindü şeydadır
Həmişə xəlqə rüsvadır
Sorun kim, bu nə sevdadır
Bu sevdadan usanmazmı? bu sevdadan usanmazmı?
Degildim mən sənə mail, sən etdin əqlimi zail