Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Ürək Qatili
Brilliant Dadaşova
Popularity · Low
+
🇦🇿 Azerbaijani · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
Sənli keçən günlərimin qədrini heç bilməmisən sən
Mənim lal məhəbbətimi kor olmusan, görməmisən sən
Əllərimi uzatmışam, gəl demişəm, gəlməmisən sən
Dedim ki, bir gün düzələr, amma heç düzəlməmisən sən
Son qoyuram bu sevgiyə, istədiyin tək qur həyatını
Mənimçün öldün, biləsən, amma yaşa, ölməmisən sən
Sən bir ürək qatilisən, gec də olsa dərk edəcəksən
Sonra demə ürək dolu sevgini öldürməmisən sən
Mən düşünürdüm ki, sənin ayrılığın bir gecəlikdir
Sən demə, mən yanılmışam, son gedişin birdəfəlikdir
Günah mənimdir bu yaşda aşiq olub birini sevərkən
Bilməli idim ki, amansız fələyin çərxi dönükdür