Skip to content

Günəş

BADCLAUSE
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

Cәnnәt bir-iki gözәl cümlәdir, amma yox xeyri bizә Sәn şeir dәftәrimin boş sәhifәsisәn Sәn körpә qәlbin ilk ümidi vә son sevgisisәn Sәn hәr ayın on yeddisisәn... Gedәnlәr әliboş getmir, xatirә - canı aparır Zәhәrlә hәr yaramı, sükutun içrә sәsinә küydür and-amanım Sırf səni düşünməkdən 20 yaşda saçım ağarıb Sevməmisən! Çünki, kefini pozmur ağlamağım Xәyallarında "gözlәri dolan yar hüsnü" yad edib İçdiyin sevgi andıdırsa, hәr bir qәdәhin olur nuş Gülüşün eyni, ünvan ayrı, amma ruhu şad edir Sәn demә eşq yolunda ölәnlәr dә şәhid olurmuş Həyatı kor olan bəndə mәn, sən dә seyrimsən Yalnızlıq çox yaraşır sәnә, məni neynirsən? Sən mənim yaradandan belə gizlətdiyim eybimsən Sən mənim intihardan öncəki son şeirimsən Eşqi bәzәyәk öpüşlәrlә, qəmlә dolduraq içini Yol çәkәn bir cüt göz, yaşla dolub min ağrı keçirir Ya özümü yadırğamaq, ya onu xatırlamaqdır seçimim Şәrab gülümsәmәkçün, pivә ağlamaqçün içilir Hər dərd dərd üstə gəlir, adınla qəm-qüssə gəlir Mən üzünə baxa bilmirdim, ona göz vururdu özgələri Tələsdim aşiq olmağa, təəssüf səni gözləmədim Hər sözüm xoş gəlirdi, indi incidir cümlələrim Bu günün sabahı vardı, talehim sandım səni, yazdım səni Dünəninə baxmadan sevdim səni, seçdim qəmi Ətrini qoxlamadan sevdim səni... Bircə dəfə də olsa qucaqlamadan sevdim səni, sevdim yəni! Neçә gün, neçә hәftә, neçә aylar... O bu yuxudan çәtin ayılar İnanma ki, nә vaxtsa qayıdar Mәnә sevgimi yox, özümü qaytar! Neçә gün, neçә hәftә, neçә aylar... Çәtin ayılar İnanma ki, nә vaxtsa qayıdar Mәnә sevgimi yox, özümü qaytar! Acıları unudum deyə kimlər mənə nələr deyib... Doğruları, ağrıları zaman özü ələr deyir Bir də gəlməz - dedim, onlar - yenə gələr - deyir Mən çoxdan öldüm, can, axirətdə üzbəüzə gələrmiyik? Hə?! Günlər keçir, bugün-sabah Yollarında əlil qalan, çox çarəsiz bir insanam Ən aciz gözləməkdir, bu gün gələr, gələr sabah Bir gün möhtac olasan, can, sənə möhtac insana Nə xəyallar qurardıq, sən olmasan ölər guya?! Sən günəş olsaydın, ətrafında dönər dünya İndi yoxsan sən, xəyallarım düşüb suya Öyrəşmişəm artıq, sən olmasan da dönər dünyam Günəşimi basdırdım mən... Günəşimi basdırdım mən... Neçә gün, neçә hәftә, neçә aylar... Çәtin ayılar İnanma ki, nә vaxtsa qayıdar Mәnә sevgimi qaytar!