Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Xəzər Balladası
Oqtay Ağayev
Popularity · Low
+
🇦🇿 Azerbaijani · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
Üfüq aydın, sular dərin, külək kəsir sərin-sərin
Ulduzların səpələnir sinəsinə ləpələrin
Üfüq aydın, sular dərin, külək kəsir sərin-sərin
Ulduzların səpələnir sinəsinə ləpələrin
Həyat verib sənə elin nəfəsi
Qara qızıl göy suların töhfəsi
Hünər ilə yazar zəfər nəğməsi
Sənə vurğun övladların
Həyat verib sənə elin nəfəsi
Qara qızıl göy suların töhfəsi
Hünər ilə yazar zəfər nəğməsi
Sənə vurğun övladların
Sakit-sakit, coşqun-coşqun
Hərdən Xəzər qəzəblənər
Gah gülümsər ərköyün körpələr kimi
Gülər üzü, gülər qəlbi
Gah gülümsər ərköyün körpələr kimi
Gülər üzü, gülər qəlbi
Oxşadıqca dalğaları çiçək açdı arzuları
Yer üzünə şölə saçdı suda yanan işıqları
Oxşadıqca dalğaları çiçək açdı arzuları
Yer üzünə şölə saçdı suda yanan işıqları
Qucağında Günəş üzlü şəhər var
Məhəbbətlə oxşar onu dalğalar
Sularında pillə-pillə ucalar
Sənə vurğun övladların
Qucağında Günəş üzlü şəhər var
Məhəbbətlə oxşar onu dalğalar
Sularında pillə-pillə ucalar
Sənə vurğun övladların
Sakit-sakit, coşqun-coşqun
Hərdən Xəzər qəzəblənər
Gah gülümsər ərköyün körpələr kimi
Gülər üzü, gülər qəlbi
Gah gülümsər ərköyün körpələr kimi
Gülər üzü, gülər qəlbi
La-la-la, la-la-la, la-la-la
Gülər üzü, gülər qəlbi