Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Bağlı Qapı
Ədalət Şükürov feat. Vüqar Əbdülov
Popularity · Low
+
🇦🇿 Azerbaijani · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
Qapı bağlı qalıb...
Bağlanıb eşqin qapısı üzümüzə
Hey dolur həsrət yağışı gözümüzə
Çəkdiyimiz ah bir əsən küləklər!
Əsdi xəzan, soldu açan çiçəklər
Səadətə yoxdur inam zərrəcə
Həsrət ilə ömür edirik sadəcə
Bağlıdır eşqin qapısı üzümüzə
Axtarır məni külək
Yalvarır sərin yağış
Axtarır coşqun ürək
Yalvarır, barış, barış
Axtarır məni külək
Yalvarır sərin yağış
Dostum deyir: "qayıt"...
Bir – birini sevmək idi şərtimiz
Nə biləydik həsrət olar dərdimiz?
Sanırdıq yaxındır vüsal dəmləri
Gözləmədən həsrəti, dərd, qəmləri
Biz çox acı həsrət ilə görüşdük
Amansız fələyin feilinə düşdük
Bağlıdır eşqin qapısı üzümüzə
Axtarır məni külək
Yalvarır sərin yağış
Axtarır coşqun ürək
Yalvarır, barış, barış
Axtarır məni külək
Yalvarır sərin yağış
Qapı bağlı qalıb...
Düşünmədik bir gün gələr ayrılıq
Bağrımızı deşər, dələr ayrılıq
Sevgi ilə aşıb - daşır qəlbimiz
Vüsal arzusuyla coşur qəlbimiz
Qalmayıbdır dözüm ayrılığımıza
Səbəb budur bizim ayrılığımıza
Bağlıdır eşqin qapısı üzümüzə
Axtarır məni külək
Yalvarır sərin yağış
Axtarır coşqun ürək
Yalvarır, barış, barış
Axtarır məni külək
Yalvarır sərin yağış
Dostum deyir: "qayıt"...
Həyat fani, ömür qısa, eşq yalan
Əcəl amansızdır, verməyir aman
Əgər məhəbbətlə sevirsə ürək
Hicranı yaxın buraxmamaq gərək
Biz o qədər bivəfa insanlarıq
Acı həsrəti dadanda anlarıq
Bağlıdır eşqin qapısı üzümüzə
Axtarır məni külək
Yalvarır sərin yağış
Axtarır coşqun ürək
Yalvarır, barış, barış
Axtarır məni külək
Yalvarır sərin yağış
Bu həm bizim Ədalətin qapısıdır
Həm də nakam məhəbbətin qapısıdır
Çox aşiqlər bağlı qapı dalında
Kərəm odda, Qeys Məcnun halında
İndi nə sən Ədalət, nə mən Vüqar
Həsrətin qapısına tapmırıq açar
Bağlıdır eşqin qapısı üzümüzə
Axtarır məni külək
Yalvarır sərin yağış
Axtarır coşqun ürək
Yalvarır, barış, barış
Axtarır məni külək
Yalvarır sərin yağış