Gecələr Bulaq Başı
Flora Kərimova
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Sakit axıb gecələr bulaq nələr danışır?
Elə bil ki nağıllar, əfsanələr danışır
Elə bil ki nağıllar, əfsanələr danışır
Sirlilərlə doludur gecələr bulaq başı
Onun zümzüməsiydi gecələrin sirdaşı, gecələrin sirdaşı
Sirlilərlə doludur gecələr bulaq başı
Onun zümzüməsiydi gecələrin sirdaşı, gecələrin sirdaşı
Səpələnib toz kimi şırıltıyla axan su
Nəyçün pozur gecənin o dərin sükütunu?
Nəyçün pozur gecənin o dərin sükütunu?
Bəzən aylı süd kimi bəzən qara gecələr
Bulaq laylamı çalır yatanlara gecələr, yatanlara gecələr
Bəzən aylı süd kimi bəzən qara gecələr
Bulaq laylamı çalır yatanlara gecələr, yatanlara gecələr
Nə deyir laylasında ötüb qumrular kimi
O keçmişin naləsi gələcəyin sirrimi?
O keçmişin naləsi gələcəyin sirrimi?
Bulaq nə deyir görən hey axdiqca şırhaşır?
Gündüz gördüklərini gecəyəmi danışır, gecəyəmi danışır?
Bulaq nə deyir görən hey axdiqca şırhaşır?
Gündüz gördüklərini gecəyəmi danışır?
Gecəyəmi danışır?
Gecəyəmi danışır?
Gecəyəmi danışır?