Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Bəzz
Okaber
Popularity · Low
+
🇦🇿 Azerbaijani · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
Bir ölüb min dirilərik, birimiz hamımız, hamımız hər birimiz
Çəkilin kənara, yerdəki cənnətə gəlirik biz
Bu sanki atalar sözü, atalar məsəlidir
Azərbaycan! Vətənim cənabı-haqqın şah əsəridir
Sevgini verib almaz, hamı eyni sevir səni, kimsə geri qalmaz
Nurun bu şanlı qələbənin başlanğıcı idi, generalımız!
Düşmənin hər biri fərari, bizim hər birimiz fədai
Hər birimiz Babək, hər birimiz Şah İsmayıl Xətai
Növbəti stansiya
Mərcanlı
Mahmudlu
Soltanlı
Xələfli
Qumlaq
Həkəri
Xurama
Mincivan
Zəngilan
Bartaz
Ağbənd
Seyifli
Təzəkənd
Ağdam
Əsgəran
Xankəndi
Karçevan
Mehri
Bizə yaraşır qələbə, "Harop" güllələnmir, ə üz qarası
Bizə yaraşır qələbə, Bakıya Alov qüllələri və Qız qalası
Mən səndə, hər səndə gördükcə həvəsi nəfəsim ənsəndə
Necə Məhsəti yaraşır Gəncəyə, necə Nizami yaşayır Xəmsəndə
Gör, götür həm sən də, vaxt tamamdır sonda, gətirək hesabı
Bizə yaraşır qələbə, "techno"a Karabin, repə Okaber, satiraya Sabir
Arabir daha bir dahi, bir əfsanə gələr dövrana
Bizə yaraşır qələbə, səmazənlərə Mövlanə
Bu silah əldən düşməz, tətiyə basanlar həzz alasıdır
Sanki düşmənə qarşı yenidən qurulan Bəzz qalasıdır
Sanki Spartadır bu, həm xatırladır Çənlibeli, 7777 dəli!
Əsgər vətən əmanəti, (yurd) yurd, torpaq əmanəti
"Şuşanın dağları" şeirindəki üçrəngli bayraq əmanəti
Qanla yoğurulan torpaqlar gələcək nəslə etibar
Hər bir Şəhidin müqəddəs ruhuna ehtiram