Skip to content

Leytenant

Pranga
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

Barıt qoxulu o yollar, o yollar Səni bəs nə vaxt qaytarar, qaytarar? Səndən təsəlli bir zabit mundiri Bir cüt ulduzlu, aylı poqonlar Səndən təsəlli bir zabit mundiri Bir cüt ulduzlu, aylı poqonlar Hay ver mənə, cənab leytenant Hay ver mənə, leytenant Xoş müjdəli bir savaşdan Pay ver mənə, leytenant Hay ver mənə, cənab leytenant Hay ver mənə, leytenant, leytenant Xoş müjdəli bir savaşdan Pay ver mənə, leytenant Soyuq noyabr, Buzovna, axşamüstü, dəniz qırağı Uzaqda Nargin - Xəzərin gözoxşayan çırağı Əsir külək, dənizin üstün ahəstə gəzir külək Sanki nazlı bir qadın tellərinə çəkir darağı Ləpələnir dəniz, çırpır özünü qayalara Mavi sular uzaqlarda üfüqlərlə birləşib Səliqəli köhnə mundir, ay-ulduzlu boz poqon Tənha bir skamyada qoca bir adam əyləşir Qoca fikirləşir, qara qaşlar çatılır Sinəsinin ortasında daş, soyuq baxışlarında buz Dizində güllə yarası, qulaqda mərmi səsi Çiynində ömrünü qurban verdiyi səkkizguşəli ulduz Canlanır bir ömrün ötən fraqmentləri Sanki zaman yaddaşında qarışdırır lentləri Xatirələr axır dənizə və qoca leytenant son dəfə Yorğun baxışlarla baxır dənizə Hay ver mənə, cənab leytenant Hay ver mənə, leytenant, leytenant Xoş müjdəli bir savaşdan Pay ver mənə, leytenant Hay ver mənə, cənab leytenant Hay ver mənə, leytеnant, leytenant Xoş müjdəli bir savaşdan Pay ver mənə, lеytenant Qoca yenə xatırlayır, il 1992 Zirehli VAZ meyitləri arxasınca çəkir Yenə Şuşanın cığırları, darmadağın qatar yolu Köhnə haman, tam təchizatlı Gəncə batalyonu Dörd tərəfdə bağırtılar, raket cırır pərdələri BTR, PK, qanlı mina qəlpələri Panika ilə bəslənən xaos və qruplaşmalar Və müharibənin qara tərəfi, qara maskalı yaşmalar Arxadan Çingizin səsi, üstündə dostunun qanı Çiynində kamera, dodağında "без фильтр" Astra yanır Monastıra sarı ağır-ağır çıxır bölük, hava da ağır Uzaqdan güllə səsi, parçalanan diz qapağı Hərbi hospital, ən ağır gecələr, morfin, iynələr Hələ də ara-sıra burnuna həmin "морг"un iyi gələr Bəzən alınmır unutmaq, qoca leytenant bilir bunu Medallar unutdurmur heç vaxt qırılan qürurunu Amma bu gün rahatdır ruhu, rahat qəlbi, azalıb dərdi Bu gün səhər əsgər oğlu, gözünün nuru müjdəni verdi Qısa telefon danışığı, bədəni bir an gəldi cuşa "Ata, almışıq Şuşanı, bizimdir Şuşa!" Leytenant elə bil dirildi təzədən Geyindi mundirini, taxdı medallarını, çıxdı şəhərə Qalxdı dağüstü parka, baxdı məzarlara, üzündə təbəssüm pıçıldadı "Rahat yatın, bayramdır bu gün" Hay ver mənə, cənab leytenant Hay ver mənə, leytenant, leytenant Xoş müjdəli bir savaşdan Pay ver mənə, leytenant Hay ver mənə, cənab leytenant Hay ver mənə, leytenant, leytenant Xoş müjdəli bir savaşdan Pay ver mənə, leytenant Hay ver mənə, cənab leytenant Hay ver mənə, leytenant, leytenant Xoş müjdəli bir savaşdan Pay ver mənə, leytenant Hay ver mənə, cənab leytenant Hay ver mənə, leytenant, leytenant Xoş müjdəli bir savaşdan