Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Gec Qayıtmaram ("Mikrorayon" Original Soundtrack)
Drek, Amal'
Popularity · Low
+
🇦🇿 Azerbaijani · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
Ürəyimiz böyükdür, evlərimiz balaca
Geci-tezi əcəl bizi tapacaq
Biz nə yatdıq ki, nə yuxu görək
Çalışdıq ki, hörmət qazanaq, bir də çörək
Gecələr şəhərin gözləri yumulur
Meyit məsciddə, günah küçədə yuyulur
Yalanlar şirindir, həqiqətsə acıdı
Mikrorayonda səhər açılır
Maddələr aparır ağıl
Ananın göz yaşı ağrıdan ağır
İndi qorxuların xəyallarından böyük
Sağlığında oldu dost çiyninə yük
Qumarda udan həyatda uduzar
Evin yolun itirmişik, düşmüşük uzaq
Pəncərəmdən göz eləyir ulduzlar
Bəlkə, onların da mənə sözü var
Çəkilir göz sınağa
Dönür söz silaha
Batıb hamı günaha
Ana, olma narahat
Evə gec qayıtmaram
Telefona çatmır zəng
Evə gec qayıtmaram
Buludlar alıbdır qara rəng
Çəkilir göz sınağa
Dönür söz silaha
Batıb hamı günaha
Ana, olma narahat
Evə gec qayıtmaram
Telefona çatmır zəng
Evə gec qayıtmaram
Buludlar alıbdır qara rəng
Böyümüşük düz, böyümüşük səhv
Çevirməmişik üz, çıxarmışıq dərs
Sürətimiz yüz, bəlli deyil tərəf
İtirilmiş nəsil özü-özün eləyir məhv
Özümüz cavanıq, amma ruhumuz qoca
Balaca adamların kölgələri uca
Nəzər nöqtəsi dəyişib, dəyişib bucaq
Artıq sümüyə dirənibdir bıçaq
Həqiqət danışanda acı dillər susar
Maddiyyatı qurban verdik nüfuza
Pəncərəmdən göz eləyir ulduzlar
Bəlkə, onların da mənə sözü var
Çəkilir göz sınağa
Dönür söz silaha
Batıb hamı günaha
Ana, olma narahat
Evə gec qayıtmaram
Telefona çatmır zəng
Evə gec qayıtmaram
Buludlar alıbdır qara rəng
Çəkilir göz sınağa
Dönür söz silaha
Batıb hamı günaha
Ana, olma narahat
Evə gec qayıtmaram
Telefona çatmır zəng
Evə gec qayıtmaram
Buludlar alıbdır qara rəng