Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Kimiyəm
Miro
Popularity · Low
+
🇦🇿 Azerbaijani · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
Səhər tezdən dərdim oyanmış
Qalxıb yerimdən ürəyim tərsdən
Günəş doğmuş, bulud çəkilmiş
Göygölə baxırdım onda Kəpəzdən
Ürəyim yarpaq kimi titrədi
Qəfil eşitdiyim incə bir səsdən
Bu uzaqdan yarın səsi imiş
Bilsəm, yanında mən də olardım
Nə bilərdim onu mən
Yanımda görsəm, inanardım
Bu eşq yaman nəyin nəsi imiş
Bilsəm, çoxdan mən də sevərdim
Nə bilərdim onu mən
Çoxdan görsəm, inanardım
Mən səni gördüyüm həmin o zamandan
Qopdum candan, yeddi cahandan
Tən ortadan mən həmin andan
Qatlanmış kimiyəm
Üzündə qəmzən xınalı naxışdan
Xəncər kimi kəskin o baxışdan
Quru havada sanki yağışdan
İslanmış kimiyəm
Gözüm görməz, eşqinə düşsəm
Dünya dolanıb üstümə gəlsə
Sənə dönürəm, sevgili yarım
Baxıram güzgüyə, güzgüdə sənsən
Səni görəndə nur olur hər yer
Sancır qəlbimin üstü nədənsə
Bir gözəllik dərdinə düşdüm
Yandım, qaldım şam kimi dərddən
Düz yolumla gedirdim
Eşqin dartır məni xətdən
Bu yazılmış yazı idi, yoxsa
Qəlbim çıxardı qarşıma bəxtdən?
Necə sataşdı gözün gözümlə
Keçəndə mən Hacıkənddən
Mən səni gördüyüm həmin o zamandan
Qopdum candan, yeddi cahandan
Tən ortadan mən həmin andan
Qatlanmış kimiyəm
Üzündə qəmzən xınalı naxışdan
Xəncər kimi kəskin o baxışdan
Quru havada sanki yağışdan
İslanmış kimiyəm