Skip to content

Qərənfil

Pranga
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

Yerin ağlamaqla dolmur Kişilər ağlamaz, həm də daha ağlamaq da olmur Toz içində itib batır memuarın Bilirsən, xəyalları qucaqlamaq da olmur Köhnə prospektləri isladır yağış yenə Gəl yenə, o yorğun səsinlə danış yenə Ailəndən, ərindən, körpə balandan danış Qorxma, ‘’xoşbəxtəm’’ de, qorxma, yalandan danış Danış gözəl ömürdən, bahalı restoranlardan Bahalı evinizin içindəki ucuz yalanlardan Ucuz dostlarının bahalı həyatlarından danış Bakının küləklərində qopan qanadlarından danış Çağır məni, həzin səsinlə səslə Ayaqlayıb gəlim, hamını başdan alım qalıb Danış, necə yataqda ikən hər gecə Sayıqlayır ərin adını başqa qadınların Zamanla köz bağlamır yaraların üstü hərdən Danış kef məclislərindən, içki, tüstülərdən Gələn gedir, indi pərən-pərən dilim, bir gün şəhid oldum Sənsə olmadın qərənfilim Yadına sal hərdən o illəri Çiynimə tökülən o sarı tellərin A-a-a-a-a-a-a-a-a A-a-a-a-a-a-a-a-a Gəl indi mən danışım Soyuq kazarmalardan, səngərdən danışım Sipərdən danışım, cəbhədən danışım Ana yurdumdan - Füzulidən, Lələtəpədən danışım Bəlalı başımdan danışım Qollarımda can verən əsgər yoldaşımdan danışım Danışım ölümdən, danışım postda Qeyd elədiyim 26-cı doğum günümdən Danışım şaxtadan, danışım soyuq küləkdən Köhnə ’’перлова’’dan, bir ovuc bayat çörəkdən Yaşayıram birtəhər xatirələri yarama qatıb Burada kimsəsizi, burada hamını Yaradan atıb Yoxdur ümid, yoxdur arzu, yoxdur xəyal Bu yerdə yoxdur sevgilər və həyat xeyli cığal bu yerdə Saniyələr satır zamana ’’календарь’’da illəri Buralar ünvan soruşmadığı yerdir güllənin Dünən vurdular Elvini, mərmi deşdi sinəsini ‘’Vətən sağ olsun’’ deyib qollarımda verdi nəfəsini Bacarmadım, ölümün biləklərini əyə bilmədim Komandir anasına – ‘’Oğlun öldü’’ - deyə bilmədi Gətirdik cənazəsini büküb üçrəngli bayrağa Komandir atasına verdi həmin bayrağı Ata yaşlı gözləri ilə baxdı torpağa Ata sanki gözləri ilə parçaladı torpağı Gəl sənə sipərlərdə qan içəndə böyüyən bu sevgidən Ruhuma can verən bədəndən danışım Gəl sənə Azərbaycandan, candan Qandan, vətəndən danışım Yadına sal hərdən o illəri Çiynimə tökülən o sarı tellərin Yadına sal hərdən o illəri Çiynimə tökülən o sarı tellərin Solğun məzarımda əlində qərənfillərin