Skip to content

Keçi

Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

Ey camaat, biliniz, hiyləgər əyyarı mənəm Lotuyam, bambılıyam, könlünüzün yarı mənəm Mey mənəm, məsti mənəm, kaman mənəm, tarı mənəm Müxtəsər, siz biliniz hiyləgər əyyarı mənəm Bu bizim mürşüdümüz, bizsə onun qulpəçəsi Mahimiz, xurşudumuz, bizsə onun növbətçisi Hələ biz tək deyilik ki, vardır bizim kimiləri (Dam-daram-daram-daram, dam-daram-daram-daram) Bilmirəm, qüssə nədir, dərdi də qəmsiz yaşaram Məclisə girən kimi çıltıq vurub oynaşaram Yerdə Rüstəmbaz olub göydə məyallaq aşaram (Dam-daram-daram-daram, dam-daram-daram-daram) Yerdə Rüstəmbaz olub milçək kimi mən uçaram Od saçar aləm, əgər ağzını bir dəfə açar Qarğalar on ağacdan məni gördükdə uçar (Dam-daram-daram-daram, dam-daram-daram-daram) Mən əgər meydan edim, qəlbimdə qəmlər durular O qədər güldürərəm, əlli bağırsaq qırılar Ləhcəmin şuxluğundan yerdə qoduqlar vurular Şir mənəm, pələng mənəm, bəbir xətakarı mənəm Böylə nəql eyləyir o sahibi xoş təbi nəvan Vardi bir padişahı - zalimi qəddarı cahan Adı cüm-cüm, özü zalım, işi də fitnə-fəsad Bir sayaq kişi ilə taxta çıxıb aldı bir ad Məzluma rəhm eləməz, düstəngil idi Bilin, insan qanı içməkdə o, çox kamil idi Vardı şahın o zaman bir dənə qumral keçisi Gəzdirərdi onu əl üstə neçə qul pəçəsi Özü qaşqa, tükü məxmər, çulu atlasdan idi Qoşa buynuzları çəmbər kimi almaz idi Günlərin bir günü şah taxta çıxıb verdi qərar Ki sabah tezdən hami etməlidir əzmi şikar Üləmayu üzəyarı üdəv Neçə əmmamali qurşağlı ədalı üdəva Baş əyib cümləsi birdən onu təzim etdi "Keçi də sizlər ilə getməlidir" - şah dedi Sübh oldu, doğdu günəş, hamı ordu atlandı Vurulub qoşa nağara hamı yola yollandı Hərəsi bir tərəfi seyr etdi, etdi, etdi Bütün ordu bu günü iynə yarım yol getdi Keçi ceyran kimi dağda qaçır Gah durur otlamağa, gah çəmənlikdə yatır Nigaran bir dənə qurd gəldi onun mənzilinə Neçə vaxtdandır bəri heç dəyməmiş ət dilinə Yetişəntək keçini dişinə çəkib par etdi Keçinin şövqü isə şah ürəyin yar etdi Şah bir nərə çəkib dağlara səs saldı, aman Hardasa gərək qurdu tutulub olsun əyan Salaraq bir kisəyə gəzdiriniz bazarı Qaparaq keçməsini götürüb vurun icbarı Hansı darvazada ölsə, onu tez cərimələyün Verməsə cəriməsini, çəkib çıxardın bəbəyün Arayıb bir dənə qurd tapdılar o gün çöldən Yazığı döydülər o qədər ki, düşdü dildən Məşədi, kərbəlayı, tüccar, hacı, mollabaşı Düşdülər qorxuya cür hamsının artdı təlaşı Verdilər rüşvəti sərbazlara saysız dinar Yıxılıb qapısında ölməyə qurd cəriməsi var Neçə təqdiri-qəza öz işini işlətdi Bir nəfər yoxsulu da bu dərd kiriftar etdi Binəvanın evini darmadağun eylədilər "Qurd ölübdür qapında cəriməsini ver" - dedilər Bu yazığın o cürə bircə keçisi var idi Döşü südlü özü ceyran kimi hey vazlar idi Sahibiylə keçini çəkdilər şahın önünə Dedilər - "şah sağ olsun! İndi daha əmrin nə?" Şah əmr etdi ki, lazım deyil heç bir tədbir Bunların hər ikisi bircə döyüşsünlər bir İki buynuz keçirib bu yoxsulun kəlləsinə Hamı əhsən dedi şahın bu cür hiyləsinə Yıxılıb bir neçə sərbaz onu məhmizlədilər Öz keçinlə duraraq üz-üzə toqquş dedilər Ay keçi, toqquş görək, toqquş görək, toqquş görək Gücünü biz də bilək, biz də görək, biz də görək Əhli-məclis bilin əmmada durub Əhli-məclis bilin əmmada durub Əhli-məclis bilin əmmada durub Əhli-məclis bilin əmmada durub Sahibiylə dolanıb oldu üzbəüz birdən İldırım sürətiylə qalxdı o saat yerdən Qorxusundan kişi də tezcə yatırdı özünü Keçinin buynuzu gur eylədi şahın gözünü Bəli, hər kəs kasıba qazsa məzar, qazsa məzar Bu, yəqin, işdir onun lap özünə qismət olar!