Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Nə Vaxta Qaldı
Sara Qədimova
Popularity · Low
+
🇦🇿 Azerbaijani · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
Gilənar qızardı, ağ tut sovuşdu
Payını dərmədim, budaqda qaldı
Hamı könül verib yara qovuşdu
Bəs bizim toyumuz nə vaxta qaldı?
Ay gözəl, nə vaxta qaldı?
Bəs bizim toyumuz nə vaxta qaldı?
Ay gözəl, nə vaxta qaldı?
Qönçələr açılıb, gülür çəmən, düz
Gülür çəmən, düz
Hər axşam tarladan qayıdanda biz
Qayıdanda biz
Yoxsa o sevirəm söylədiyin söz
Düşərək mərcantək bulaqda qaldı
Ay gözəl, bulaqda qaldı
Yoxsa o sevirəm söylədiyin söz
Düşərək mərcantək bulaqda qaldı
Ay gözəl, bulaqda qaldı
Göyləri Ay gəzir, hava bürkülü
Eyvanda durmuşam boynu bükülü
Bəlkə eşqimizin sona bülbülü
Uçub yol üstdəki qovaqda qaldı
Ay gözəl, qovaqda qaldı
Uçub yol üstdəki qovaqda qaldı
Ay gözəl, qovaqda qaldı
Qönçələr açılıb, gülür çəmən, düz
Gülür çəmən, düz
Hər axşam tarladan qayıdanda biz
Qayıdanda biz
Yoxsa o sevirəm söylədiyin söz
Düşərək mərcantək bulaqda qaldı
Ay gözəl, bulaqda qaldı
Yoxsa o sevirəm söylədiyin söz
Düşərək mərcantək bulaqda qaldı
Ay gözəl, bulaqda qaldı
Əzəldən gözəldir boyun, qamətin
Olsa da qəlbini ovlamaq çətin
Gözəl qız, bil ki, bu saf məhəbbətin
Ürəkdə yurd salıb dodaqda qaldı
Ay gözəl, dodaqda qaldı
Ürəkdə yurd salıb dodaqda qaldı
Ay gözəl, dodaqda qaldı
Qönçələr açılıb, gülür çəmən, düz
Gülür çəmən, düz
Hər axşam tarladan qayıdanda biz
Qayıdanda biz
Yoxsa o sevirəm söylədiyin söz
Düşərək mərcantək bulaqda qaldı
Ay gözəl, bulaqda qaldı
Yoxsa o sevirəm söylədiyin söz
Düşərək mərcantək bulaqda qaldı
Ay gözəl, bulaqda qaldı