Skip to content

Kədər

Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

Bəlkə mənə bu hissləri, Yaşatmaq üçün gəlmisən. Bəlkə də məni bu qəflətdən, Oyatmaq üçün gəlmisən. Gəlmisən ki, anlayım mən Necə xoşbəxt keçirmiş hər gün. Gəlmisən ki, xiffət çəkim Sıxıldığım günlərim üçün. Sən ki, hansı qəlbə getsən İxtiyarına sahibsən get. Taqətim yox, məğlub oldum Gözün aydın qalibsən get. Sən məndən nə istəyirsən? Kədər Əl çək daha ömrümü eylədin hədər Çətin keçər, çətin gedər Təslim oldum yetər. Qələm istər, xatırlada həyatın hər bir xoş anın Mürəkkəbdən süzülənlər təsdiq edir qəm karvanın Hər kəs buna bir ad qoyar sətir biri, misra biri Busa mənim talehimdir, adımda var qəm şairi Sən ki, hansı qəlbə getsən İxtiyarına sahibsən get. Taqətim yox, məğlub oldum Gözün aydın qalibsən get. Sən məndən nə istəyirsən? Kədər Əl çək daha ömrümü eylədin hədər Çətin keçər, çətin gedər Təslim oldum yetər