Skip to content

Yadıma Düşürsən

Pranga
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

Yadıma düşürsən, illər keçsə də Aramıza başqa adamlar girsə də Ayırsa da bizi həyat başqa şəhərlərdə Yadıma düşürsən hərdən Qocaltsa da bizi həyat başqa şəhərlərdə Yadıma düşürsən, hər dəfə Biletimin üstünə Bakı yazılanda Səsim azalanda, adam az olanda Yenə sən yadıma düşürsən Hər dəfə həyatım dağılanda Gecə kabuslardan oyanıb bağıranda Başıma gəlir ağıl onda Yadıma düşürsən, islanır magistrallar Heç kəsə demirəm amma Necə yadıma düşürsən, bilir bir Allah Köhnə bir mahnıda, eləcə bir anda Yadıma düşürsən, deyib-güləndə yalandan Yadıma düşürsən ağrını hiss edəndə Sol tərəfimdə, düz buramda Yollar yoranda, dostlarım üzümə duranda Yadıma düşürsən, vurmağı öyrətdiklərim Qayıdıb kürəyimdən məni də vuranda Köhnə bir mahnıda, eləcə bir anda Yadıma düşürsən, köhnə Bakı kimi Hər şeyin ən gözəl olduğu vaxtlardan Prospektdən və portofinodan Köhnə uşaqlardan neçəmiz yaşayır uzaqlarda Uzaqda doğma ocaqlardan Neçəmiz Bakıda, neçəmiz can alıb Can verir cəbhədə dağlarda Yadıma düşürsən Xatirən qapımı döyür hərdən Yoxluğun gözümdə duman, pəncərəmdə pərdə Ayırır məni mənzərəmdən Baxanda bu dənizə hərdən Sən demə, elə həyat özü baxıb Gözləmək imiş səni pəncərəmdən Yadıma düşürsən Sürüdən ayrı düşən canavaram indi Boğuluram okeanlarda Bilmirsən, amma buralar dərindir Pranga dəmirdir, Pranga keçər hər şeydən Sol tərəfində daş var onun Səndən sonra daşdır solu İllər keçsə də Aramıza başqa adamlar girsə də Ayırsa da bizi həyat başqa şəhərlərdə Yadıma düşürsən hərdən Qocaltsa da bizi həyat başqa şəhərlərdə Yadıma düşürsən, hər dəfə Biletimin üstünə Bakı yazılanda Səsim azalanda, adam az olanda Yenə sən yadıma düşürsən Hər dəfə həyatım dağılanda Gecə kabuslardan oyanıb bağıranda Başıma gəlir ağıl onda